YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər diplomatiyasının təntənəsi: "blokada" şousu iflasa uğradı

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı iclası bir sıra mühüm məqamlarla yadda qaldı və mövcud reallıqların təqdimatı oldu:

- Ermənistanın və separatçıların "humanitar böhran" iddiası və "blokada" şousu iflasa uğradı: İrəvanın "humanitar problem" kimi təqdim etməyə çalışdığı məsələnin, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat xarakterli və beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanata zidd siyasi kampaniya olduğu BMT tribunasından sübuta yetirildi;

- Ölkəmizin mövqeyinin haqlı, yanaşmasının ədalətli olduğu bir daha öz təsdiqini tapdı: Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanması hərb meydanında məğlubiyyətə düçar olan Ermənistanın diplomatik kapitulyasiyası oldu;

- BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən regionda sülh və sabitliyin əsasınının həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınması olduğunun vurğulanması Prezident İlham Əliyevin sülh və etimad quruculuğu siyasətinin real nəticəsi, Azərbaycanın Zəfər diplomatiyasının təntənəsidir;

- Təhlükəsizlik Şurasının üzv dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən fikirlər və nümayiş etdirilən konkret mövqe Ermənistan üçün dərs olmalı, İrəvan bu reallıqdan konkret nəticə çıxarmalıdır. İstər rəsmi dairələr, istərsə revanşistlər, istərsə də səparatizmə dəstək verən bəzi güc mərkəzləri anlamalıdırlar ki, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh müqaviləsinin imzalanması məsələsində konstruktiv mövqe tutmalıdır: İrəvanın alternativ seçimi və əlavə şansı yoxdur.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

DİGƏR Xəbərlər Arxiv