YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər daim xatırlanır

Yevlax rayonunun Gülövşə kəndində şəhid Rəhimov Təbriz Rəhim oğlunun xatirəsinə həsr olunmuş abidə-bulaq kompleksinin açılış olub.

Əvvəlcə kompleksin üzərinə gül dəstələri düzülərək şəhidin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov və digərləri çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərin xatirəsi daim əziz tutulacaq.

Daha sonra çıxış edən şəhidin ailə üzvləri və hərbiçi yoldaşları şəhidin şərəfli döyüş yolundan söz açıb.

DİGƏR Xəbərlər Arxiv