YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi daim əziz tutulacaq

Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Astanlı İqbal İlqar oğlunun anadan olmasının 26-cı il dönümü münasibətilə mərasim keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin şərəfli döyüş yolundan söz açılıb, xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərin xatirəsi daim əziz tutulacaq.

Sonra şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Biləsuvar şəhər qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Astanlı İqbal İlqar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri – şəhidin yaşadığı küçə İqbal İlqar oğlu Astanlının adını daşıyır.