YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Ağsu rayonunda Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Zülfüqarov İlkin Nurəddin oğlunun doğum günü qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhid İlkin Zülfüqarovun rayon Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Sonra tədbir iştirakçıları şəhidin Ağsu rayonu Gursulu kəndində, yaşadığı evdə yaradılan ev muzeyi ilə tanış olublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.