YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanitar yardım məsələsindən sui-istifadə...

Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib.

“Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın suveren hüququdur”, - deyə Yaşar Əliyev qeyd edib.

Diplomat, həmçinin xatırladıb ki, cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib.