YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün tərəfdarıyıq!

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifəsi daim vərəqlənir, 30 illik işğal dövründə yaşananlar əsaslı şəkildə diqqətə çatdırılır. Arxada qalan müddət 10 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salmaqla onu göstərir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, kimin kim olduğu  bilindi.

Prezident İlham Əliyev  cari ilin  iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, eyni zamanda, beynəlxalq aləmdən gözləntilərə yönəltdi. Prezident qeyd etdi ki, 2020-ci il noyabrın 10-da Bəyanat imzalanan zaman vəziyyət, əslində  dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Prezident İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycan dövlətinin, xalqının 30 illik işğal dövründə yaşadıqlarına baxmayaraq humanistlik göstərib Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Çünki ədalətin və beynəlxalq hüququn tərəfində olan ölkəmiz dünyanın haqqı müdafiə edəcəyini düşünürdü. Lakin əksər dünya dövlətləri ədalət və beynəlxalq hüquq  normalarının arxasında gizlənərək ikili standartlara əsaslanan siyasət yürüdürdülər. Hansı ki, bu gün bəzi dünya gücləri həmin dövrün reallıqlarını unutmuş kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına səy göstərir, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirlər. 30 illik işğal dövründə bu reallığı təsdiqləsəydilər sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Beləliklə, Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan danışıqları ilə bağlı səsləndirdiyi mühüm  fikirlər ölkəmizin  qətiyyətli və prinsipial mövqeyini bir daha ifadə etdi.