YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi iddialarının olmaması əsas şərtdir!

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

“Euronews” televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev Azəbaycan həqiqətlərinə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmişdir. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur. Bütün bunlara baxmayaraq Azərbaycan qisası döyüş meydanında aldı. Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Prezident İlham Əliyev  qeyd etdi ki, Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər ermənilər tərəfindən tamamilə dağıdılmamışdır. Ermənistan rəhbərliyi Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Ancaq Füzuli, Ağdam və eləcə digər şəhər və kəndlərimiz tamamilə yerlə-yeksan edilmişdir.

Azərbaycan üzləşdiyi işğal və təcavüzə rəğmən hər zaman sülh tərəfdarı olmuş, bu gün də qalib ölkə olaraq sülh təşəbbüsü ilə çıxış edən ilk tərəf olmuşdur. “Euronews” televiziya kanalına müsahibəsində ölkə başçısı növbəti dəfə bəyan etdi ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Həmçinin onların da Azərbaycana qarşı ərazi iddialarının olmaması əsas şərtdir.

Prezident cənab İlham Əliyev öz müsahibəsi ilə Ermənistandakı ermənilərə çox önəmli mesajlar verdi. Azərbaycan Ermənistan dövləti ilə sülh istəyir, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Ölkə başçısı xatırlatdı ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı.

Prezident İlham Əliyev vurğuladı ki, erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Odur ki,  Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Belə ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib.

“Euronews” televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəyini bildirdi. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

DİGƏR Xəbərlər Arxiv