YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan sülh istəyərsə...

YAP Lerik rayon təşkilatının sədri

Malik Mirzəyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. Müsahibə zamanı Ermənistan-Azərbaycan münasibətlərindən danışan Prezident qeyd edib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.

Azərbaycan tərəfi sülhə daim müsbət yanaşmışdır. Belə yanaşmanın bir nümunəsi də Prezident İlham Əliyevin Qarabağ bölgəsində yaşayan ermənilərə olan münasibətidir. Dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Həmçinin bildirib ki, burada yaşayan bütün azlıqlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir. Erməni əhalisi də Azərbaycan hüquq normalarına riayət etməli, hakimiyyətlə yanaşı, yerli əhaliyə qarşı heç bir əks hərəkət etməməlidir. Ermənistan unutmamalıdır ki, yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq.

Prezident İlham Əliyev dünyanın aparıcı media təşkilatlarının nümayəndələrinə verdiyi müsahibələr bu günün real hadisələrini əks etdirir.

DİGƏR Xəbərlər Arxiv