YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unutmarıq!

Biləsuvar rayonu Nərimankənd kəndində 2014-cü ilin avqust döyüşlərində şəhidlik zirvəsinə yüksələn Əliyev Pərvin Səlahəddin oğlunun və Hüseynov Rahil Əfsər oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri şəhidlərin ailələrini ziyarət ediblər.

Görüşlərdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları dinlənilib.

Daha sonra kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki,  Azərbaycan Ordusunun giziri Pərvin Əliyev, kiçik giziri Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olublar.

DİGƏR Xəbərlər Arxiv