YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz!

Ağstafada Vətən müharibəsi şəhidi Əhmədov Mahmud Fərman oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhər Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Həsənov Elnur Elman oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Mustafayev Ramiz Bağman oğlunun, Orucov Xudayət Vilayət oğlunun, Əliyev Tahir Çingiz oğlunun və Həsənov Elşad Qabil oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Qeyd edək ki, Mahmud Əhmədov 2020-ci il noyabr ayının 18-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.