YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP nümayəndələri ICAPP-ın Monqolustandakı tədbirlərində iştirak edəcəklər

2023-cü il 4-7 avqust tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda hakim Monqolustan Xalq Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun VI və Qadınlar Qolunun VII iclasları keçiriləcək. 

ICAPP-ın dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri - partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli bəhs olunan tədbirlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ICAPP Daimi Komitəsinin üzvüdür və təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi edib.

DİGƏR Xəbərlər Arxiv