YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dil mənəvi və mədəni zənginləşmədir

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin mənalı ömür yolundan və müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yaldili kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev çıxış edərək, dilimizin saflığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən, dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü dil siyasətindən danışıblar. Bildirilib ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dili milli amil kimi yüksək qiymətləndirən Ulu Öndər ötən əsrin 60-cı illərindən başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl olaraq ana dilimizin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmişdir. O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi. Qeyd olunub ki, hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən Ulu Öndər Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi.

Vurğulanıb ki, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

DİGƏR Xəbərlər Arxiv