YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin rəmzi

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.

Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon rəşkilatının sədri Mansur Quliyev, Ağdam RİH başçısının müavini Xəqani Nəzərov və digərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisindən, bu istiqamətdə atdığı addımlardan bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyəti nəticəsində bu gün Azərbaycan dili öz zənginliyi və saflığı baxımından seçilməkdədir.

 

DİGƏR Xəbərlər Arxiv