YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik siyasətin nəticəsi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə dərin böhran, xaos, özbaşınalıq, anarxiya hökm sürürdü. Həmin dövrlərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi səbəbindən ölkə iqtisadiyyatı çökmüş, əhalinin sosial durumu son dərəcə ağırılaşmış, torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Artıq vəziyyət o qədər ağır həddə çatmışdı ki, suverenliyimiz təhdid altında idi, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir ağır zamanda xalqımızın yeganə ümid çırağı Azərbaycan xalqının xilaskarı Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz Heydər Əliyev, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Elə həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasını, möhkəmləndirilməsini, inkişaf etdirməsini özü üçün əsas vəzifələrdən biri hesab etdiyi bildirdi. Eyni zamanda Ümumilli Lider Heydər Əliyev ömrünün bundan sonrakı hissəsini, harada olmağından asılı olmayaraq yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini və bundan sonra heç zaman Azərbaycan Respublikasının müstəqilliyini itirməyəcəyini, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəyini qətiyyətlə vurğuladı. Parlamentin 1993-cü il 24 iyun tarixində keçirilən növbəti iclasında Milli Məclis, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.                                                                     

Ümumilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi qısa dövr ərzində Azərbaycan parlamentinin ruhu kökündən dəyişdi, parlamentarizm ənənələrinə yeni nəfəs, Milli Məclisə siyasi mədəniyyət gəldi. Dahi Heydər Əliyev Dühasının  fəaliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə mövcud ictimai-siyasi böhran aradan qalxdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, Əsrin Müqaviləsi və digər enerji müqavilələri imzalandı. Bütün bunlar Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.

Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur.  Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük Öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir.            

Zaman göstərdi ki, Heydər Əliyev dühasının qeyd etdiyi bütün məsələlər reallığa çevrildi. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və müdrik siyasətin nəticəsidir.