YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycana ləkə yaxmağa çalışanlara elə bir sərt sillə vurmuşuq ki, uzun müddət özlərinə gələ bilməyəcəklər

«İkinci Avropa Oyunlarının keçirildiyi zaman məhz Azərbaycan standartları tətbiq olunacaq». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirilir ki, ölkəmizdə ilk Avropa Oyunları ən yüksək səviyyədə keçirilir. Onun sözlərinə görə, Azərbaycan təkcə bu tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə kifayətlənmir.

«Azərbaycan həmçinin, ən çox medal qazanan dövlətlərdən biri olacaq. Bu gün idmançılarımızın qazandığı medalların sayı xeyli çoxdur. Təbii ki, bu davam edəcək. Azərbaycan özünü dünyaya tolerant, mədəniyətlərarası inkişafın ən yüksək səviyyədə olduğu bir dövlət kimi təqdim edir. Hər gün 24 saat idman oyunlarını izləyən 1 milyarda yaxın tamaşaçı var. Biz ölkəmizə qarşı şər, böhtan kampaniyası aparanlara, Azərbaycana ləkə yaxmağa çalışanlara elə bir sərt sillə vurmuşuq ki, uzun müddət özlərinə gələ bilməyəcəklər»- deyə, E.Məmmədov vurğulayıb.