YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçiliyimizin xilaskarı

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Xocavənd RİH başçısı Eyvaz Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır. Hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusudur. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir.

YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseyov və digərləri vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişib. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib.