YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər hər zaman xatırlanır

Lerik rayonunda Vətən müharibəsi şəhidi kiçik gizir Əsədullayev Elnur İmran oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, RİH başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, ictimaiyyət nümayəndələri şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksini və şəhidin ev muzeyini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, şəhid Elnur Əsədullayev 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2020-ci il oktyabrın 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid kiçik gizir Elnur Əsədullayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.