YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın milli sərvəti

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan xalqı hər zaman fəxr edir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyətləri vardır və bu uzaqgörən insanlar ölkəsinin, xalqının maraqları naminə böyük işlər görüblər.  Azərbaycan tarixi gördüyü bütün müdrik işlərə görə dahi Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etmişdir. Ümummilli Lider Heydər Əliyev bütün sahələrə olduğu kimi ölkəmizin mədəniyyət və incəsənət sahəsinə də daim xüsusi diqqət və maraq göstərmişdir. Ulu Öndərin elm, ədəbiyyat və incəsənət sahəsinin görkəmli nümayəndələrinə göstərdiyi diqqət və qayğı əslində milli-mənəvi dəyərlərimizin qorunması naminə hesablanmış böyük xidmətlər içərisindədir. Belə görkəmli ziyalılarımızdan biri də Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair Hüseyn Caviddir. Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi Cavidin ruhuna göstərilən ehtiramın göstəricisi, həmçinin Azərbaycan ədəbiyyatına verilmiş ən dəyərli töhfələrdəndir. Bu gün də Naxçıvanda Hüseyn Cavidin məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib. Hüseyn Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub.

Xalqımızın xilkaskar oğlu dahi Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, şair və filosof H.Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”. Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual dəyərdə böyük şair və filosofun yaradıcılığına xas bir neçə cəhət öz ifadəsini tapır: O, ədəbiyyat və mədəniyyətimizi ucaldır;  yaratdığı əsərlər milli  sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və müstəqilliyə xidmət edir; o, böyük yaradıcılıq iradəsi nümayiş etdirmiş, millətinə sadiq olmuş, onu sevmiş və hədsiz xidmət göstərmişdir.

Ümummilli Liderin  layiqli varisi, müdrik siyasətinin davamçısı Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə hər zaman yüksək diqqət göstərir.  Hüseyn Cavidin 130 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi, ölməz sənətkarın irsinə, onun ev muzeylərinə (Naxçıvanda və Bakıda) göstərilən yüksək qayğı və diqqət bunun əyani sübutudur.

Azərbaycanın ədəbiyyatında, tarixində eləcə də digər sahələrdə öz adlarını xalqın yaddaşında, şanlı səhifələrimizdə əbədi olaraq qızıl hərflərlə həkk etdirən şəxsiyyətlər, ədiblər, elm adamları və ziyalılar qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir və heç vaxt unudulmur.