YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli mövcudluğun əsas atributlarından biri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz onun dəyərli ideyalarından bəhrələnib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur.

Ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır.

Bəşəri düşüncəyə malik dahi şəxsiyyət Heydər Əliyev istiqlal dövründə də Azərbaycan müsiqiçilərinin əməyini yüksək qiymətləndirib.

Ulu Öndər Heydər Əliyevin unudulmaz xidmətlərindən biri də budur ki,  müdrik insan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli liderin Üzeyir Hacıbəyov sənətinin ictimai əhəmiyyətini açıqlayan müdrik fikirlərindən: Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. 1998-ci il dekabrın 9-da "İslam sivilizasiyası Qafqazda" mövzusunda çıxışında deyib - "Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur”.

Heydər Əliyev yaşadığı dövrün siyasi durumundan asılı olmayaraq, Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirib. Dahi siyasətçi Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların həmişə qayğısına qalıb. Bu gün Azərbaycanda onlarla sənət adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.