YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq məfkurəsinin təzahürü

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. 

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti və əzmkarlığı sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Həyatını xalqının, vətəninin inkişafı və tərəqqisinə həsr edən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinə, elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir. Ulu öndər Azərbaycan ziyalılarına və Azərbaycan elminin, mədəniyyətinin inkişafına, qorunmasına xüsusi önəm vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan elminin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycanın elm xadimlərinə hər zaman xüsusi qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev demişdir: “Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”.

Bəli, Ulu öndər Heydər Əliyev hər zaman elm xadimlərinə, alimlərə xüsusi hörmət və ehtiramla yanaşmış, onların əməyini yüksək qiymətləndirmiş, dövlət təltifləri ilə mükafatlandırmışdır, eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar qəbul etmişdir. Həmçinin xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın görkəmli şair, yazıcılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə və ev-muzeylərinin yaradılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısındakı misilsiz xidmətlərinə görə hər zaman qədirbilən xalqımızın qəlbində əzəli və əbədi yaşayacaqdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir və elm adamlarına daim həssaslıqla yanaşır.

Ulu öndər hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmuşdur. Məhz 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.