YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əbədi ömrün yüz ili”

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin nəşr etdirdiyi “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən danışıb. Onun sözlərinə görə, “Əbədi ömrün yüz ili” kitabı Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıb.

İncəsənət xadimi Elçin Hüseynbəyli söyləyib ki, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur: “Bu irs bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir”.

Özbəkistanlı yazıçı, Əməkdar jurnalist Məmmədqul Həzrətqulov çıxışında Özbəkistan və Azərbaycan ədəbiyyatları arasındakı bağlılıqdan söz açıb. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələrin bu xalqların tarixi keçmişinə əsaslandığını bildirib.

YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, “Şöhrət” ordenli, Əməkdar müəllim Ofelya Babayeva, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Sumqayıt şəhər Poeziya Evinin rəhbəri İbrahim İlyaslı və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv