YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqi yolunda inamla addımlayırıq

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 12-də YAP Nəsimi rayon təşkilatı tədbir keçirib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov  bildirib ki, müdrik dövlət xadimi olan Heydər Əliyev tarixi şəraiti düzgün dəyərləndirərək Azərbaycanı tənəzzüldən xilas edib və tərəqqi yoluna çıxarıb. A.Süleymanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın davamlı və sürətli inkişafını təmin edib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, müasir Azərbaycanın bütün uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xidmətləri, zəkası və uzaqgörən siyasəti dayanır. Azərbaycan bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla irəliləyir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni mərhələnin təməli qoyuldu. Onun sözlərinə görə, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Heydər Əliyev ideyalarına əsaslanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu sayəsində mümkün olmuşdur.

YAP Nəsimi rayon təşkilatının fəal üzvü, ərazi partiya təşkilatının sədri Xaliq Hüseynov qeyd edib ki, Ulu Öndərin ölkəyə rəhbərlik dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.

Sonra partiya sıralarına yeni qoşulan bir qrup Vətən müharibəsi iştirakçısına üzvlük vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.