YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Hacıqabul rayonunda “Heydər Əliyev İli” çərçivəsində və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

İntellektual oyun Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı, Hacıqabul rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Yarış rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilib.

Yarışın açılış mərasimində YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək Milli Qurtuluş Gününün mahiyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən keçən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür, şanlı qələbələr tarixidir.

Sonra yarış barədə ətraflı məlumat verilib. Yarışda, ümumilikdə 9 komanda iştirak edib. 1-ci yeri Hacıqabul rayon Təhsil sektorunun, 2-ci yeri “Kapitalbank” ASC Hacıqabul filialının, 3-cü yeri Hacıqabul rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin komandaları qazanıb. Qaliblər diplom, medal və kubokla təltif ediliblər.

DİGƏR Xəbərlər Arxiv