YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Narkomaniya bəşəriyyətin bəlasıdır

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib. Onun sözlərinə görə, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

Partiya fəalları İlkin Məmmədov və Ceyhun İsgəndərov, Göygöl rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru Vüqar Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayon İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov, Aşihara Karate İdman klubunun rəhbəri Cavid Əsgərov çıxışlarında narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs ediblər. 

Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.