YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun döyüşünə baxıb

“Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışları davam edir.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 19-da 91 kiloqram çəki dərəcəsində ölkəmizi “Bakı-2015”-də təmsil edən Məhəmmədrəsul Məcidovun çıxışını izləyiblər.

Azərbaycana növbəti qızıl medalı qazandırmağa namizədlərdən biri olan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov yarışa səkkizdəbir final mərhələsindən qoşulub. Boksçumuz bu mərhələdə Gürcüstan təmsilçisi Mixeil Baxtidzeni sınağa çəkib. O, həmişəki kimi, bu dəfə də asan qələbə qazanıb - 3:0.

Məhəmmədrəsul Məcidovun dörddəbir final mərhələsində rəqibi Türkiyə idmançısı Əli Dəmirəzən olacaq. Bu döyüş iyunun 22-də keçiriləcək.