YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu müqavilə 1921-ci il tarixdə imzalanmış Qars müqaviləsinə bərabər bir müqavilədir. Tarixdə ilk dəfə idi ki, Azərbaycan Liderinin digər ölkənin başçısını məhz Qarabağda qarşılayırdı. Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə arasında müttəfiqlik əlaqələrini daha da genişləndirməyə imkan verdi və iki ölkə arasında qardaşlıq, dostluq nümunəsini bütün dünyaya nümayiş etdirdi. 15 iyun 2021-ci il tarixdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Şuşa şəhərində, Milli Qurtuluş Günündə və Qars müqaviləsindən 100 il sonra imzalanmasının çox böyük siyasi əhəmiyyəti vardır. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Xüsusilə də, 4-cü bənddə əksini tapmış “erməni silahlı qüvvələrinin çıxarılması” məsələsidir. Azərbaycan bu istiqamətdə qəti - birmənalı mövqe sərgiləyir.

İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi sözlərini deyərək, bu vəsiyyətə sadiq olduğunu və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayaraq əcdadlarımıza sadiqliyimizi nümayiş etdirdiyini və gələcək nəsillərə yol göstərdiyini söylədi. Və bununla da Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi böyük əhəmiyyətə malik olduğunu göstərdi.

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə olaraq “Zəngəzur dəhlizi” ifadəsi işlədildi. Prezident İlham Əliyev bəyanatında bu məsələyə xüsusiilə toxunaraq bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da Vətən Müharibəsi savaşında qazanılan qələbədən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Şuşa Bəyannaməsinin imzalanması həm Azərbaycan və Türkiyə Respublikaları arasında, həm də regionun iqtisadi inkişafına xidmət edəcək.

Şuşa Bəyannaməsində regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, də vurğulanıb. O cümlədən, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdidin qarşısının alınmasına hesablanmışdır. Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Ancaq, o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində xalqımız 100 il sonra tarixi ədaləti bərpa etdi.

Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə Respublikaları arasında nəzərdə tutulan hərbi, iqtisadi əməkdaşlıq, iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunun artacağına hesablanmış bir müqavilədir.

DİGƏR Xəbərlər Arxiv