YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ürəklərə əbədi həkk olunmuş dahi şəxsiyyət

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Bərdə rayonunda fəaliyyət göstərən şəhid Qurban Hüseynov adına Kəlbəcər rayon 79 saylı tam orta məktəbində “Heydər Əliyev ürəklərə əbədi həkk olunmuş dahi şəxsiyyət” mövzusunda tədbir təşkil olunub.

Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.            

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdiri Namiq Rəcəbov, Kəlbəcər rayon 79 saylı tam orta məktəbinin direktoru Xosrov Musayev çıxış edərək ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğunun inkişafında müstəsna xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi ehtiramla anılır.

Məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş bədii kompozisiya nümayiş etdirib, şeirlər söyləyiblər.

Sonda partiyanın fəal üzvlərinə fəxri fərman, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə təşəkkürnamə, diplomlar təqdim olunub.