YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq potensialı kifayət qədər böyükdür

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfəri zamanı görüşlərdən sonra mətbuatda bəyanatla çıxış edib. Çıxış zamanı Prezident İlham Əliyev hər iki ölkənin əməkdaşlıq potensialının yüksək olduğunu vurğulayıb. Ölkə rəhbəri Litvaya səfəri tarixi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan və Litva iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər.

Prezident İlham Əliyevin Litvaya səfəri bu niyyəti özündə əks etdirir. İlk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Litva ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Litvanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.

Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır.

Litva Prezidenti Gitanas Nauseda vurğulayıb ki, Litva Azərbaycan və Aİ arasında tərəfdaşlıq əlaqələrinin inkişafını qətiyyətlə dəstəkləyir: “Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinin Aİ-nin enerji bazarında müsbət təsiri var.”

Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, mühüm sənədlər imzalandı. Həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forum da keçirildi. Bütün bunlar Litva-Azərbaycan münasibətlərinin və əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

DİGƏR Xəbərlər Arxiv