YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimiz tarixi nailiyyətimizdir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev 15 oktyabr 2021-ci il tarixdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqlədi. Qeyd edək ki, dünyaya səs salan tarixi Zəfərimizin reallıqları fonunda bəzi tarixi günlərdə dəyişikliklərə zərurət duyuldu.

Sənəddə də vurğulandığı kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.  Bu sənədə əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Artıq üç ildir Azərbaycan tarixi günləri, bayramları tamamilə başqa ovqatda qeyd edir. Belə ki,  ölkəmiz  tarixi Zəfərinin reallıqlarını yaşayır. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdi. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edildi.

Dahi şəxsiyyət Heydər Əliyev qeyd etmişdir ki, bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.”

Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması istiqamətində atdığı addımlar göz önündədir.  Dövlətimizin başçısının Sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və AXC-nin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi də bunun bariz nümunəsidir.

Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan  xalq daim tarixin sərt sınaqlarından şərəflə çıxır. Dünya bunu Azərbaycan xalqının timsalında daha aydın görür. Xalqımız daim tarixinə sahib çıxan xalq kimi tanınır.

Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı. Ümummilli Liderin sabitliyi hər bir ölkənin inkişafı üçün əsas amil kimi önə çəkərək yaratdığı daxili sabitlik, iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək, gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”, müstəqilliyimizin ilk illərində informasiya blokadasında olan Azərbaycanın dünyaya doğan Günəş kimi təqdimatı üçün atdığı biri-birindən mühüm addımlar bu günümüz üçün möhkəm bazadır. Azərbaycan hər günü tarixinə uğur səhifəsi kimi yazır, ən islahatçı, xoşbəxt ölkə kimi dünyanın diqətindədir. Bu gün qalibiyyətimizin sevincini və reallıqlarını yaşayan xalqımız tam əmindir ki, Heydər Əliyev yolu bundan sonra da ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın müstəqilliyi tarixi nailliyyətimizdir. Onu qorumaq hər birimizin vətəndaşlıq borcudur.

DİGƏR Xəbərlər Arxiv