YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın istəyi, zamanın tələbi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən hazırda nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransında partiyanın Proqram və Nizamnaməsini qəbul edildi, Ulu Öndər  Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.  Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

“Yeni Azərbaycan uğrunda” devizi ilə yola çıxan Yeni Azərbaycan Partiyası bu gün “Biz birlikdə güclüyük!” deyir. Partiyanın keçdiyi inkişaf yolu xalqın Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Ümummilli Liderin partiyaya inamını nümayiş etdirən  “YAP dünənin, bu gününün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur.

Qeyd etdiyimiz kimi, YAP xalqın istəyi, zamanın tələbi ilə yaradılıb. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan YAP cəmiyyətin bütün təbəqəsindən olan insanları sıralarında birləşdirərək onların istəklərinin həyata keçirilməsinə töhfələr verir.

Məhz Yeni Azərbaycan Partiyasının gələcəyinə inamın böyüklüyünün göstəricisidir ki, Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları Onun xalqın və YeniAzərbaycan Partiyasının dəstəyi ilə həyata keçirəcəyinə əminliyini ifadə etmişdir.

YAP ənənələri olan partiyadır. Xalqın bu partiyanın gələcəyinə inamı ölkədə keçirilən seçkilərdə böyük qələbə ilə çıxmasında özünün aydın ifadəsini tapır. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar ölkəmizin hərtərəfli inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir. “Güclü dövlət, yükək rifah” partiyanın fəaliyyətinin əsasında dayanan əsas prinsipdir.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyaı da uğurla inkişaf edir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi bu gününə və sabahına inamın göstəricisidir. 44 günlük İkinci Qarabağ müharibəsində Yeni Azərbaycan Partiyasının hər bir üzvü tarixi Zəfərimizə öz töhfəsini vermək üçün səylər göstərdi. 2021-ci il 5 mart tarixində  möhtəşəm qələbəmizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında YAP Sədri, Prezident İlham Əliyev bir daha partiyanın yaradılmasını zəruri edən səbəblərdən, keçdiyi inkişaf yolundan, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuz qazanmasında, beynəlxalq əlaqələrinin genişləndirilməsində rolundan geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən btün proseslərin mərkəzində olacaq.

VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi. Həmçinin qurultayda dövrün çağırışlarını özündə əks etdirən Proqramın hazırlanması ilə bağlı tapşırıq verildi. 2021-ci ilin sonunda yeni Proqram təsdiqləndi. Yeni sənəd müasir dövrün çağırışlarnı özündə birləşdirməklə psrtiyanın qarşısında geniş imkanlar açır. “Biz birlikdə güclüyük!” devizi Yeni Azərbaycan Partiyasını daha möhtəşəm zəfərlərə səsləyir.