YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olur

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

1991-ci il oktyabarın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalmışdı. Belə çətin məqamda xalq üzünü Ümummilli Lider Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi. 

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu Öndərin 1993-cü ilin oktyabrında Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, Azərbaycanın bütün sahələrdə inkişafı üçün möhkəm təməl formalaşdırılmışdır.

Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bizim artıq güclü dövlətimiz vardır- müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq-həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə” fikirləri ilə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlu siyasətinin bugünümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olur. Artıq bu gün Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın qalibiyyətindən bəhs edirik.

Ümumilikdə Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən bütün uğurlarımıza yol açan xilaskarlıq missiyası göz önünə gəlir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Dahi şəxsiyyət bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.”  Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi.  Sabitlik bütün inkişafın əsası kimi dəyərləndirildi.  1995-ci il 12 noybrda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Bu gün Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunədir. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması uğurlarımızı şərtləndirən əsas amillərdəndir.