YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Stadnik: Birinci Avropa Oyunlarının çempionu olmaq həyatımda çox mühüm hadisədir

Birinci Avropa Oyunlarının qızıl medalını qazandığım üçün qürur hissi keçirirəm. Çempion olmaq

həyatımda çox mühüm hadisədir. Mən həm birinci Avropa Oyunlarının idman elçisi və məşəlçisi, həm də qalibi olduğum üçün çox xoşbəxtəm.

Bu sözləri birinci Avropa Oyunlarının çempionu, “London -2012”

Olimpiadasının gümüş mükafatçısı Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.

“Bakı-2015”-in qalibi Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya,

eləcə də bütün xalqımıza, o cümlədən tamaşaçılara dərin minnətdarlığını bildirərək deyib: “Birinci Avropa Oyunlarında yarışlara başlayanda uğurla çıxış etmək istəyirdim. Buna nail olduğuma görə sevincimin həddi-hüdudu yoxdur”.

Qarşılaşdığı rəqibləri arasında polşalı güləşçini daha güclü hesab edən idmançımız birinci Avropa

Oyunlarına yaxşı hazırlaşdığı üçün çətinlik çəkmədən çempion olduğunu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv