YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olmaq əzmindədir

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu daxili və xarici siyasət kursu həyata keçirir. Bu unikal siyasət nəticəsində Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzu və qüdrəti artmaqla yanaşı daxili sabitliyimiz qorunmuş və ölkəmiz öz sürətli inkşaf  yoluna uğurla davam edir. Bütün bunlarla yanaşı işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa quruculuq işləri həyata keçirilməkdədir. Eyni zamanda regionlarımızda da böyük sosial infrastruktur layihələri həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Ölkəmizdə gedən bütün bu proseslərə Prezident İlham Əliyev şəxsən özü nəzarət edir, mütəmadi olaraq istər işğaldan azad olunmuş ərazilərə istərsə də regionlara səfərlər edərək icra olunan işlərlə yaxından tanış olur.

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Salyan və Neftçala rayonlarına səfər etməsi bir çox amillər baxımından əlamətdar, yaddaqalan və məhsuldar oldu. Səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra infrasturktur layihələrinin açılışında - Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Neftçala rayonunda yeni inşa olunan məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” Mərkəzinin iştirak etdilər. Eyni zamanda Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında  yaradılan şəraitlə tanış oldular. Həyata keçirilən bütün bu işlər, yerli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, yüksək sosial şəraitlə təmin olunmasına xidmət etməklə yanaşı bir daha sübut edir, Azərbaycan Prezidentinin apardığı siyasətin mərkəzində insan amili dayanır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində bir sıra vacib amillərə toxundu. Ölkə başçımız Salyanda həyata keçirilən bərpa-quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan Dövlət proqramları haqqında məlumat verərək bildirdi ki, bütün bunlar ölkəmizin dinamik şəkildə inkişaf etdiyinin və dövlətimizin sosial siyasətinin uğurla icra olunmasının göstəricisidir. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev  “ASAN xidmət” mərkəzinin dünyada Azərbaycan brendi kimi tanındığını və ölkə əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, rəğbətlə qarşılandığını və artıq dünyanın bir neçə ölkədə ASAN modelinin tətbiq edildiyini qeyd etdi. 

Ali Baş Komandanımız müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən sürətli bərpa-qurucluq işlərinə toxunaraq bildirdi ki, keçmiş köçkünlər qısa müddət ərzində Laçına şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaq, ümumilikdə bütün bərpa-quruculuq işləri plan üzrə gedir və bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və bundan sonra da tapacaq. Əlbətdə Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi unikal və uğurlu siyastlə qarşıya qoyduğu bütün hədəflərə nail olmaq əzmindədir.

Ermənistanla sülh danışıqları məsələsi haqqında danışan dövlətimizin başçısı bir daha açıq şəkildə bəyan etdi ki,  işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq beş prinsip əsasında Ermənistana sülh müqaviləsi təklif etmişdir. Artıq Ermənistanın başqa yolunun qalmadığını diqqətə çatdıran Prezident İlham Əliyev Rəsmi İrəvana çıxış yolunu da göstərdi: Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır!

Azərbaycan Prezidenti İlham Əliyev bununla da Ermənistana növbəti dəfə dərs keçmiş oldu.