YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentini “Bakı-2015”i siyasiləşdirməməyə çağırıb

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Belçika, Niderland və Lüksemburqda yaşayan azərbaycanlılar adından bəyanatla çıxış edib. Avropa Parlamentinə ünvanlanmış bəyanatda “Bakı-2015” I Avropa Oyunlarının əhəmiyyəti vurğulanır.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bəyanatda bu Oyunların dilindən, dinindən, irqindən asılı olmayaraq hamıya qucaq açan Bakıda start götürməsinin dünya azərbaycanlıları üçün də qürurverici olduğu diqqətə çatdırılır. Vurğulanır ki, beynəlxalq idman yarışına ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya sülh çağırışı edib və bununla da dövlətimizin təməl prinsiplərinin sülh, humanizm olduğunu bir daha sübuta yetirib.

BAK-ın üzvləri avropalıların diqqətinə çatdırırlar ki, işğalçı Ermənistanla danışıqlarda hər zaman sülh tərəfdarı olduğunu bəyan edən Azərbaycan I Avropa Oyunlarını keçirməklə əslində idman yarışları ilə xalqların gücünü birləşdirərək sülhə, birliyə nail olmağın mümkünlüyünü göstərdi və separatçılıqdan, işğaldan əziyyət çəkən ölkə olmasına baxmayaraq, dünya dövlətlərinə sülh çağırışı etdi.

Bəyanatda hər zaman ikili standartlarla üzləşən Azərbaycanın bu dəfə də ona qarşı aparılan təbliğatın təəssüf doğurduğu vurğulanır: “Azərbaycanın müstəqil siyasət yürütməsi, sosial-iqtisadi inkişafı bədxah qonşularımızdan tutmuş bir sıra dairələrin, dövlətlərin qısqanclığına səbəb olub. İkili standartlara söykənən siyasət yürüdən bəzi beynəlxalq təşkilatlar və dövlətlər nə üçün dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, əzizlərinin məzarını ziyarət edərkən Azərbaycan vətəndaşlarının girov götürülməsinə yönəltmir?!”.

Bəyanatda deyilir: “BAK bu möhtəşəm idman tədbirinin siyasiləşdirilməsinə etiraz edir və bildirir ki, təşkilat ikili standartlara yol vermiş dairələrin, bəzi dövlətlərin mövqeyini qətiyyətlə pisləyir, onları ədalətli olmağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırır.

 

DİGƏR Xəbərlər Arxiv