YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.

Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm.”

 

DİGƏR Xəbərlər Arxiv