YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf yolu

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan tarixin bir çox mərhələsində çətin və keşməkeşli yollardan keçmişdir. Ancaq tariximizdə öz ölkəsini bu çətin durumdan xilas edib qurtuluşa aparan dahi Heydər Əliyev kimi Liderlər əbədi olaraq xalqımızın sevgisini qazanmış və daim ehtiramla xatırlanmışdır. Bildiyimiz kimi 1993-cü ildə müstəqil müasir Azərbaycanın qurucusu dahi Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıdandan sonra ölkə iqtisadi və siyasi böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yaradıldı və cəmiyyət həyatının bütün sahələrində yenidənqurmaya başlanıldı. Bir sözlə Azərbaycan 10 il ərzində hər kəsin heyran olduğu uğurlu inkişaf yoluna çıxdı.  Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu müdrik və uzaqgörən siyasətin ən layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək Onu özünə yeni Prezident seçdi. Azərbaycan xalqı cənab Prezidentin fəaliyyətə başladığı gündən Onun dövlətimizin və xalqımızın maraqları naminə həyata keçirdiyi müdrik siyasətin şahidi oldu. Məhz həmin müdrik siyasət nəticəsində ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bütün sahələrdə olan inkişafa görə, ölkəmizdəki tərəqqiyə görə məhz Azərbaycan xalqı 2003-cü ildə necə düzgün addım atmaqla, düzgün seçim etmişdirsə, eləcə də bu seçimi 2008, 2013,2015 və 2018-ci ildə də etmişdir. Məhz bu illərdə cənab Prezidentin seçkilərdə qalib olması bir daha onu göstərdi ki, Azərbaycan xalqı ədalətli və düzgün seçim edərək, özünün xoşbəxt və işıqlı gələcəyini təmin edib. Praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Bu gün monoetik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Azərbaycan, o Azərbaycan ki, möhtərəm Prezidentimizin 20 il ərzində həyata keçirdiyi mükəmməl siyasət nəticəsində ən qüdrətli və ən sarsılmaz dövlətə çevrilmişdir. Hazırda Azərbaycan dünyada sülh və humanizm prinsiplərinə əsaslanan ölkə kimi tanınır, beynəlxalq tədbirlərə ev sahibliyi edir, idman ölkəsi kimi saysız-hesabsız uğurlara imza atır, multikulturalizm dövlət siyasətinin prioritet istiqaməti hesab olunur, ölkəmiz beynəlxalq təşkilatlara üzv olur, həmçinin Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilata sədrlik edir və qlobal sülhə böyük töhfə verir ki, bütün bu sadalanan uğurların əsasında möhtərəm Prezidentimizin şəxsi xarizması, dərin zəkası, güclü siyasəti və qətiyyəti dayanır!

Dövlətimizin başçısı İlham Əliyev əvvəlki illərdə olduğu kimi 2018-ci il 11 aprel tarixində Prezident seçkilərində qalib olduğu zaman bir daha bəyan etdi ki, mənim amalım Azərbaycanın ərazi bütövlüyünü qorumaq, suverenliyini təmin etmək və ölkəmizi ən yüksək səviyyədə inkişaf etdirməkdir. Bəli, Prezident İlham Əliyev bütün qeyd olunanları layiqincə yerinə yetirməklə həm xidməti vəzifəsini uğurla icra etmiş oldu, həm də Ata vəsiyyətini yerinə yetirdi. 2020-ci ilin 27 sentyabr tarixində erməni təcavüzkarlarının terror-təxribat aktına cavab olaraq, cənab Ali Baş Komandanımızın peşəkar rəhbərliyi ilə başlayan “Dəmir Yumuruq” əməliyyatı cəmi 44 gün davam etdi və nəticədə düşmən döyüş meydanında darmadağın edildi. Bir sözlə qüsursuz əməliyyatımız Ermənistan siyasi rəhbərliyi kapituliyasiyaya aktına imza atmağa məcbur etdi. Eyni zamanda Prezident İlham Əliyev düzgün və məqsədyönlü siyasəti ilə Ermənistanı diplomatik meydanda da məğlub etdi.Doğma  Qarabağ və ətraf digər rayonlarımız düşməndən azad olundu. Bu parlaq Qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı öz seçimində qəti olaraq yanılmayıb.Məhz qüsursuz əməliyyatın nəticəsidir ki, bu gün dünyanın bir çox ölkələri bizim möhtəşəm Qələbəmizin sirlərini öyrənir və təcrübəmizdən yararlanmaq istəyir.

Bu gün qürur hissi ilə qeyd etməliyəm ki, Prezident İlham Əliyevin  xalqımızın və dövlətimizin maraqları naminə müəyyənləşdirdiyi Azərbaycanın uzunmüddətli inkişaf strategiyası məhz xalqımızın xoşbəxt gələcəyinə və yüksək rifahına hesablanmışdır.

DİGƏR Xəbərlər Arxiv