YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasəti Azərbaycanı zirvəyə yüksəldib

Qazaxda “Ümummilli lider Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafında müstəsna xidmətləri” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Ulu Öndər hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında tarixi qərarlar qəbul olundu. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və bilavasitə, nüfuzunun nəticəsi idi.

Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, ərazi partiya təşkilatının sədri Müslüm Məmmədov, partiya fəalları Asim Osmanov, Gülnarə Carçalova çıxış edərək ulu öndər Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafında müstəsna xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyev siyasəti Azərbaycanı zirvəyə yüksəldib.

Sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv