YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Digərlərindən öndə...

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı ölkənin aparıcı şəxsləri və şirkətlərinin rəhbərləri ilə mühüm görüşlər keçirdi.

Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Alman iş adamları Almaniyanın Azərbaycandan yaşıl enerji ixracında maraqlı olduqlarını vurğuladılar. İndi dünyada Avropaya hidrogen və yaşıl enerji idxalında maraqlı olan bir çox dövlət var. Ancaq Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın da bildirdiyi kimi, burada uğurlu logistikanın təşkili əsasdır ki, o baxımdan da Azərbaycan çox yaxşı mövqedədir. Hətta deyə bilərik ki, digərlərindən bir addım öndədir.

Enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edir və Azərbaycanın malik olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır.

Dövlət başçısı görüş zamanı bildirib: Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir. Biz Avropa məkanına qaz ixracatımızı artırırıq: "Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq.”

Ölkə başçısı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə onu da qeyd edib ki, ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb: "İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq.

Səfər zamanı 30 alman şirkətinin Azərbaycanda enerji, rəqəmsal texnologiya, nəqliyyat, infrastruktur, logistika, gəmiçilik, daşınma, inşaat, kənd təsərrüfatı, irriqasiya və s sahələrdə əməkdaşlığa böyük maraq göstərdiklərinin şahidi olduq.

Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Səfər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Bu görüşlərdə və görüşdən sonra verilən açıqlamalardan gördük ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür. Cənubi Qafqazdakı vəziyyətlə bağlı Almaniya hökumətinin ədalətli siyasət yürüdəcəyinin açıqlamasını gördük. Bu görüş həm də Azərbaycanın Avropada enerji təhlükəsizliyində önəmli yer tutduğunu bir daha göstərdi.

DİGƏR Xəbərlər Arxiv