YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anadolu Agentliyi: Bakı Birinci Avropa Oyunlarına hazırdır

Türkiyənin Anadolu Agentliyi “Bakı-2015” ilk Avropa Oyunları barədə geniş məqalə yayıb.

“Bakı Birinci Avropa Oyunlarına hazırdır” sərlövhəli məqalədə iyunun 12-dən 28-dək keçiriləcək mötəbər idman yarışının əhəmiyyəti, hazırlıq işlərinin yüksək səviyyədə başa çatması, beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycana yönəlməsi barədə fikirlər yer alıb.

“Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə bağlı görülən işlərin həmişə Prezident İlham Əliyevin diqqət mərkəzində olması, dövlətimizin başçısının qalib idmançıların mükafatlandırılması məqsədilə Sərəncam imzalaması, həyata keçirilən digər tədbirlər barədə oxuculara ətraflı məlumat verilir.

Məqalədə diqqətə çatdırılır ki, artıq ilk Avropa Oyunlarında iştirak edəcək idmançılar Azərbaycana yola düşməyə başlayıblar. Avropa Oyunlarında iştirak edəcək idmançıları, o cümlədən çoxsaylı qonaqları qarşılamaq üçün Azərbaycanda bütün şərait yaradılıb. Bu Oyunlar Azərbaycanın dünyada nüfuzunu daha da artırmaqla yanaşı, onun idman və turizm ölkəsi kimi tanınmasına böyük töhfələr verəcək.

DİGƏR Xəbərlər Arxiv