YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən rayon təşkilatının sədri bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.

Sahib Şükürov bildirib ki, YAP Göyçay rayon təşkilatının təsis konfransı 1993-cü il martın 6-da rayon mədəniyyət evində keçirilib. Hazırda rayon təşkilatı 7787 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.

YAP Göyçay rayon təşkilatının ilk sədri Nazim İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb.

Milli Məclisin deputatı Sabir Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin mübarizə yolundan danışıb.

Onun sözlərinə görə, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir.

Vətən müharibəsi iştirakçısı Tural Əhmədov, Göyçay Radio-televiziya yayım stansiyası ərazi partiya təşkilatının sədri Ramiz Məmmədov, şəhər M.Muradov adına 4 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədr müavini Firəngiz Məmmədyarova partiyanın müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildiriblər.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Sonda YAP Göyçay rayon təşkilatının 30 ildə keçdiyi şərəfli yolu özündə əks etdirən sənədli film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv