YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci ən böyük beynəlxalq təsisat qlobal proseslərdə...

“Azərbaycanın Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə bu təşkilata sədrlik etməsi təşkilatın fəaliyyətində sanki dönüş nöqtəsi oldu. Biz müşahidə etdik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı aktivləşməklə yanaşı, əhəmiyyətli qərarları ilə də fərqləndi”.  Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı toxunduğu məsələlərdən də göründüyü kimi COVİD-19-la mübarizədə Azərbaycanın rəhbərliyi ilə təşkilat çox mühüm işlər görmüşdür. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü, məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərarı, Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi və bu kimi vacib məsələlər məhz Azərbaycanın liderliyinin nəticəsində əldə olunmuş uğurların bir hissəsidir. Bununla yanaşı Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Əlbəttə cənab Prezidentin də qeyd etdiyi kimi, bundan sonra da Qoşulmama Hərəkatı aktiv fazad fəaliyyətini davam etdirməlidir. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.-deyə, Vüqar İskəndərov bildirib.

DİGƏR Xəbərlər Arxiv