YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Pərvin Kərimzadə seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında seçiciləri ilə görüşüb.

Vətəndaşları ayrı-ayrılıqda qəbul edən deputat seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilərin problemlərinə həssaslıqla yanaşan P.Kərimzadə məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atacağını, aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv