YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Federasiyasının Dövlət Dumasında “Bakı birinci Avropa Oyunlarının paytaxtıdır” fotosərgisi təşkil olunacaq

İyunun 8-dən 11-dək Rusiya Federasiyası Dövlət Dumasının binasında “Bakı birinci Avropa Oyunlarının paytaxtıdır” fotosərgisi təşkil olunacaq.

Sərginin təşkilatçılarından biri, “Rusiya-Azərbaycan” parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə bildirib ki, fotosərgidə 2015-ci ilin qarşıdakı Avropa Oyunlarına hazırlıq prizmasından Azərbaycanın “iqtisadi möcüzəsinin” nəticələri əyani şəkildə nümayiş etdiriləcək.

D.Savelyev deyib: “Fotosərgi tamaşaçıları təkcə müasir idman infrastrukturunun hazırlanması ilə deyil, həmçinin Azərbaycanın digər mühüm nailiyyətləri ilə, o cümlədən arxitektura, xalq təsərrüfatı, ənənəvi mədəniyyətin və təbiət abidələrinin qorunub saxlanması sahəsində qazandığı nailiyyətlərlə daha yaxından tanış etməyə imkan verəcək.

Deputatın fikrincə, fotosərginin əsas ideyası iqtisadi potensialın artımının, tarixdə birinci Avropa Oyunlarının keçirilməsi ərəfəsində əldə edilmiş və o cümlədən Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa əsaslanan bazar islahatlarının nəticələrinin işıqlandırılmasıdır. Son iki onillikdə əsasən maddi mədəniyyət obyektlərində institusional dəyişikliklərin yekunları planlaşdırılan sərgi tədbirinin əsas leytmotividir.

Fotosərgi konsepsiyasının əsasını onun bütün bölmələrini birləşdirən arxitektura aspekti təşkil edəcək.