YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının, Pirallahı Rayon İcra Hakimiyyətinin, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısının birinci müavini Vəzir Səfixanov, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısının birinci müavini Vəzir Səfixanov 2022-ci ilin respublikamız üçün uğurlu olduğunu, istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan nailiyyətlərlə zəngin olduğunu qeyd edib.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Həmrəylik Gününün tarixi önəmindən bəhs edib. Bildirib ki, bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndər Heydər Əliyev olub.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi istiqamətində gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, müstəqil Azərbaycana bağlılıqlarının artmasına səbəb olub. Emil Abasov xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib.

Sonda rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və mükafatlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv