YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmləylik Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının, Abşeron Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri tərəfindən şəhid ailələri və qazilər yaşadıqları ünvanlarda ziyarət edilib.

Çıxışlarda vurğulanıb ki, torpaqlarımızın azad olunması hər bir azərbaycanlının başını uca edib, qürurunu qaytarıb, bizlərə bu anları yaşadan şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq. Qələbəmiz uğrunda canlarından keçmiş şəhid və qazilərimiz hər zaman ehtiramla anılacaq.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.