YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qırğızıstanda rəsmi səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Qırğızıstanın Müdafiə Nazirliyində görüşlər keçirəcək, habelə bir sıra hərbi hissələrə baş çəkəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri, o cümlədən müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 2-dək davam edəcək.