YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya Olimpiya Komitəsində birinci Avropa Oyunlarının təqdimatı keçirilib

İspaniya Olimpiya Komitəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Tədbirdə “Bakı-2015” ilə bağlı xüsusi videoçarx təqdim olunub. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və Olimpiya Kəndi haqqında ətraflı məlumat verib. Daha sonra Bakı haqqında video nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko çıxış edib. O, ispaniyalı idmançılara I Avropa Oyunlarında uğurlar arzu edib.