YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə nazirinin müavini MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiyanın Soçi şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.