YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə Ulu Öndərin anım günü silsilə tədbirlərlə qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü ziyarət olunub, önünə tər çiçəklər qoyulub.

Tədbir iştirakçıları mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

YAP Tərtər rayon təşkilatında davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.  E.Əsədov Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bugünkü inkişaf göstəricilərinə nail olduğunu söyləyib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, rayon təşkilatının əməkdaşı Samirə Zeynalova, Mənzil İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Hafiz Ələkbərov, Qaraağacı ərazi partiya təşkilatının sədr müavini Rəşad Qarayev dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar.

Qeyd edək ki, YAP Tərtər rayon təşkilatının nümayəndələri və bir qrup partiya fəalı ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Tərtər şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları o cümlədən Ulu Öndərin anım günü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər.