YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqa bağışlanan ömür”

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.

Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolundan danışıb. Qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.

Şəhid atası, partiya veteranı İlqar Nadirov, YAP fəalları Xəlil Məmmədov, Ofeliya Qəhrəmanova, Elçin Hüseynov, Fərqanə Məmmədova, İlqar Mirzəyev, Günel Məmmədova, Cahangir Muradov və başqaları ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin əhəmiyyətindən danışıblar.